Türkiyənin Ədirnə şəhərində CHP-dən olan millət vəkili Ahmet Baran Yazgan döyülüb.
Hadisə avqustun 13-də Ədirnədə mənzillərdən birində baş verib.
Mənzildə olan iki qadın və bir kişi isə ifadələrində mübahisənin Yazganın qadınlardan birinə qarşı seksual xarakterli ifadələr işlətməsindən sonra başladığını deyiblər.
Hadisə zamanı çəkilən təxminən 11 dəqiqəlik video polisə təqdim edilib və istintaq materiallarına əlavə olunub. Videoda deputatın döyüldüyü, ağır söyüşlərlə söyüldüyü görünür.
Hadisə ilə əlaqədar saxlanılan üç nəfər ifadələri alındıqdan sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Qalmaqaldan dərhal sonra CHP rəhbərliyi də hərəkətə keçib. Partiyadan Yazganın izahat verməsi üçün baş qərargaha çağırıldığı açıqlanıb.SAVASHMEDİA.az
Həmin görüntüləri təqdim edirik:





















