Korrekt.az xəbər verir ki, bir neçə ay əvvəl çəkildiyi bildirilən videoda keçmiş dostların mehriban münasibətdə olmaları açıq görünür.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü O.Yusubov Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində qətlə yetirilib. O, “Seaside estate” şirkətinin rəhbəri olub.
Mərhumun qardaşı Elcan Yusubovun verdiyi məlumata görə, hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalov onun qardaşının keçmiş işçisi imiş. Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə “Sabir Əmlak” adlı şirkətini qurub.





















