Türkiyə İsraili Qəzzada atəşkəs əldə etmək səylərini pozmaqda ittiham edib.
Korrekt.az xəbər verir ki, Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duran bildirib ki, İsrailin atəşkəs əldə etmək üçün diplomatik səylər zamanı Qəzza zolağına hücumları qəsdən sülh yolu ilə həll perspektivlərini sarsıdır.
O, Benyamin Netanyahu hökumətinin hərəkətlərinin münaqişəyə son qoymaq deyil, onu daha da qızışdırmaq məqsədi daşıdığını iddia edib.
Duran beynəlxalq ictimaiyyəti İsrailə qarşı daha sərt mövqe tutmağa çağırıb. Türkiyə Xarici İşlər Nazirliyi əvvəllər də oxşar bəyanatla çıxış edib.





















