Korrekt.az xəbər verir ki, İran Müdafiə Şurasının katibi Əli Şamxaninin ölümündən sonra onun sosial media səhifəsində aşağıdakı paylaşım yayıldı: “Mən hələ də sağam”.
“Allah yolunda öldürülənləri heç vaxt ölü sanma. Əksinə, onlar Rəbblərinin yanında diridirlər… Ali-İmran surəsi, 169-cu ayə. Mən hələ də diriyəm”, – deyə Əli Şəmxaninin səhifəsində yazılıb.
Qeyd edək ki, bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur, İran Müdafiə Şurasının katibi Əli Şamxaninin, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Əbdülrəhim Musəvinin və İranın müdafiə və silahlı qüvvələrin maddi-texniki təminatı naziri Əmir Nəsirzadənin ölümü barədə məlumat vermişdi.
Qeyd edək ki, İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei də öldürülüb.





















