Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının ildönümü ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, Ərdoğan sosial media hesabında paylaşdığı mesajda əməliyyat zamanı həlak olan şəhidlərə rəhmət diləyib, qazilərə minnətdarlığını ifadə edib.
“1974-cü il Kipr Sülh Əməliyyatının 52-ci ildönümündə qəhrəman şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətdarlıqla yad edirəm”, – deyə Türkiyə Prezidenti bildirib.
O, həmçinin 20 İyul Sülh və Azadlıq Günü münasibətilə Kipr türklərini təbrik edib.
Ərdoğan vurğulayıb ki, Türkiyə Kipr türk xalqını dəstəkləməyə davam edəcək: “Vətən və qarant ölkə olaraq, Kipr türk xalqını haqlı mübarizəsində heç vaxt tək qoymayacağıq”.





















