Türkiyə prezidenti Ərdoğan ABŞ və İsrailin İrana hücumlarından narahatlığını ifadə edərək, bu addımın “Netanyahunun təxribatları” ilə başladığını iddia edib.
Korrekt.az xəbər verir ki, AKP-nin İstanbulda keçirilən əyalət mitinqi zamanı iftarda çıxış edən Ərdoğan Türkiyənin uzun müddətdir ki, İranla fikir ayrılıqlarını dialoq yolu ilə həll etməyə çalışdığını vurğulayıb.
Prezident Türkiyənin mürəkkəb beynəlxalq münasibətlərə baxmayaraq, ərazisinin təhlükəsizliyini təmin etməyə və münaqişələrin sülh yolu ilə həllinə çalışmağa davam edəcəyinə əmin olduğunu bildirərək deyib: “Sərhəd və hava məkanının təhlükəsizliyini təmin etməkdə heç bir problemimiz yoxdur. Hərbçilərimiz, jandarmamız, polisimiz və kəşfiyyat xidmətlərimiz ən yüksək səviyyədə bütün zəruri tədbirləri görürlər”.





















