Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb. Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, söhbət zamanı Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan bütün sahələrdə, ilk növbədə ticarət sahəsində əməkdaşlıq məqsədlərinə çatmaq üçün səylərini davam etdirirlər.
Prezident Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsini məmnuniyyətlə izləyir və bu prosesi dəstəkləyir.
Türkiyə lideri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevi ad günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edib.





















