image-1backend

Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü – Şəmkirdə ukraynalı qadının dramı

image-ads-728x90

Şəmkirdə 57 yaşlı Nataşa Şevçenkonu avtomobil vuraraq öldürüb.

“VAZ” markalı avtomobil Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində piyada, 1969-cu il təvəllüdlü Nataşa Şevçenko Petrovnanı vurub.

Piyada ağır halda xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nataşa Şevçenko illər öncə Şəmkir rayon sakini ilə evlənərək Ukraynadan Azərbaycana gəlib. Əri öldükdən sonra qaynı yaşadığı evi əlindən alaraq onu qovub. Böyütdüyü qızı da N. Şevçenkonu atıb gedib. Rayon sakinlərindən biri ona yaşamaq üçün yer veribmiş. Dünən axşam saatlarında isə kimsəsiz olan qadını yanacaqdoldurma məntəqəsinin yanında maşın vuraraq öldürüb.Yurd.Media



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki