Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Göycəli və Böyük Kəsik kəndlərində təşkil olunan növbəti səyyar qəbullarda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbullarda sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.





















