Biz danışıqlar üçün ağ bayraqla Həkari körpüsünə gedəcəyik – itkin düşmüş əsgərlərinin qohumları Azərbaycanla əlaqə saxlamaq istəyirlər.
Korrekt.az xəbər verir ki, itkin düşmüş erməni əsgərlərinin qohumları bu gün yenidən Ermənistan hökumət binasının qarşısında toplaşaraq hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat vermək üçün bir həftə vaxt verdiklərini açıqladılar.
Arsen Qukasyan adlı bir şəxs (itkin düşmüş əsgərin qohumu) bildirib ki, vahid məlumat bazası yaratmaq üçün təşəbbüs qrupu ilə əlaqə saxlaya biləcək (1990-cı illərə aid) azərbaycanlıların dəfn yerləri haqqında məlumatı olan insanlar var.
“Biz danışıqlar üçün ağ bayraqla Həkari körpüsünə getməyə, oxşar statusa malik azərbaycanlılarla əlaqə saxlamağa hazırıq ki, bir-birimizə itkin düşmüş qohumları haqqında məlumat tapmaqda kömək edək. Artıq hökumətə, Avropaya, ABŞ-a və ya Rusiyaya güvənmirik, bütün ümidlər özümüzdədir. Bütün mümkün vasitələrdən istifadə etməliyik”, – Qukasyan deyib.
Qeyd edək ki, Ermənistan rəhbərliyinin rəsmi məlumatlarına görə, İkinci Qarabağ müharibəsindən sonra 217 erməninin taleyi qeyri-müəyyən qalıb. Müharibədən bir neçə vaxt sonra hərbi cani Robert Köçəryanın maliyə dəstəyi ilə bir qrup şəxs “itkin düşmüş əsgərlərinin qohumları” qiyafıyəsində Paşinyan hakimiyyətinə vaxtaşırı təzyiq vasitəsi kimi istifadə olundu. Onların səsi çoxdandı çıxmırdı, lakin Köçəryanın 1 mart 2008-ci il hadisələrinə görə məhkəməsi başlayan kimi “itkin düşmüşlərin qohumları” dərhal aktivləşdi və etiraz aksiyalarına başladılar.





















