image-1backend

Ermənistanda istehsal edilən məhsullar Rusiyada qadağan EDİLDİ

image-ads-728x90

Rosselxoznadzor Ermənistandan süd məhsullarının idxalını bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra qadağan edib.

Korrekt.az xəbər verir ki, qurumun məlumatına görə, 14–21 iyul tarixlərində keçirilən yoxlamalar zamanı Rusiyaya göndərilən süd məhsullarının istehsalında xəstə heyvanlardan əldə edilmiş südün istifadə edildiyi müəyyən olunub.

Bundan əlavə, Rosselxoznadzor bildirir:

“Ermənistanın baytarlıq xidməti əvvəllər məhsulların istehsalında yalnız yerli xammaldan və ya Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin müəssisələrindən alınmış xammaldan istifadə edildiyini bəyan etsə də, yoxlamalar zamanı Rusiya bazarı üçün yüksək yağlı süd məhsullarının istehsalında üçüncü ölkələrdən gətirilən xammaldan istifadə edilməsi halları təsdiqlənib”.konkret.az



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki