image-1backend

Fars News: “Ərəb ölkələri  ABŞ-yə  İrana hücumlarda kömək ediblər”

image-ads-728x90

“Fars News” agentliyi xəbər verib ki, beş regional ölkə – Bəhreyn, Qətər, Küveyt,  BƏƏ və  Səudiyyə Ərəbistanı – ABŞ-yə İrana hücumlar üçün ərazilərini, hava məkanlarını və infrastrukturlarını təmin edib.

Bildirilib ki, Amerika qüvvələri hava, dəniz və raket hücumları üçün təkcə hərbi bazalardan deyil, həm də bu ölkələrin sularından, qurularından və səmalarından istifadə edib.

Daha öncə Donald Tramp da Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın “bizim tərəfimizdə vuruşduğunu” bildirərək dolayı yolla Ər-Riyadın dəstəyini təsdiqləyib. Bundan əlavə, BƏƏ-nin ABŞ-dəki səfiri bu yaxınlarda “The Wall Street Journal” qəzetində dərc olunmuş məqaləsində ABŞ-İsrail hücumlarını dəstəklədiyini bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki