Korrekt.az xəbər verir ki, “Real Madrid”in prezidenti Florentino Peres klubla müqaviləsinin 2028-ci ildə başa çatmasına baxmayaraq, 2026-cı ildə istefa verəcək. Nəşrin məlumatına görə, Peres klub üzvlərinin dəstək olub-olmamasından asılı olmayaraq hakimiyyətin transferini nizamlı şəkildə həyata keçirmək istəyib.
Xatırladaq ki, Peres ilk dəfə 2000-ci ildə “Real Madrid”in prezidenti olub. O, bu vəzifədə 6 il çalışıb. O, 2009-cu ildə ikinci dəfə seçilib və bu günə kimi vəzifəsindədir. Onun prezidentliyi dövründə klub 37 çempionluq qazanıb.





















