image-1backend

Futbol matçında qalmaqal: Hakim 23 qırmızı vərəqə göstərdi

image-ads-728x90

Braziliyanın Minas Gerais əyalətinin çempionatının finalı görünməmiş bir qalmaqalla başa çatdı. Korrekt.az xəbər verir ki, çempionluq uğrunda mübarizədə “Kruzeyro” və “Atletiko Mineyro” üz-üzə gəldilər, lakin meydanda gedən idman mübarizəsi əsl xaosa çevrildi.

Matçın ikinci hissəsinin son saniyələrində oyunçular arasında başlayan dava hakim final fitini çaldıqdan sonra belə səngiməyib və kütləvi davaya çevrilib.

İğtişaşlar hər iki komanda üçün rekord sayda qırmızı vərəqə ilə nəticələndi, hər iki komandadan 23 oyunçu qırmızı vərəqə aldı. Davada fəal iştirak edən və meydandan qovulanlar arasında tanınmış oyunçular Hulk, Mateo Casiera və Gerson da olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki