Taylandda keçirilən oyun zamanı ildırım bir futbolçunun ölümünə səbəb olub. VİDEO
Faciə Narathivat əyalətində baş verib. Oyun leysan yağış altında dava edib və bir anda 24 yaşlı “Yala” klubunun oyunçusu Sofvan Avaeni ildırım vurub.

Həm komanda yoldaşları, həm də tibb işçiləri ona kömək etməyə çalışıblar, lakin onu xilas etmək mümkün olmayıb.

Yerli media xəbər verir ki, zərbə nəticəsində daha doqquz nəfər yaralanıb. Onlar xəstəxanaya aparılıblar.





















