Gəncədə qolu şüşə ilə kəsilən gəncin xəstəxanalarda lazımi tibbi yardım ala bilmədiyi iddia olunur.
Korrekt.az gencexeber.az-a istinadla xəbər verir ki, 1995-ci il təvəllüdlü Mirismayıl Verdiyev iyunun 10-da, saat 16:15 radələrində ağır qanaxm ilə 3 nömrəli Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.
Xəstəxanada növbədə olan Adil adlı həkim yaralıya baxmayıb, tibb personalı isə laqeyd münasibət sərgiləyib. pizza mizza
Şikayətçilərin iddiasına əsasən, tibb müəssisəsində yaranın tikilməsi üçün zəruri tibbi ləvazimatlar – qayçı və tikiş sapı olmadığından, Mirismayıl Verdiyevi Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparıblar. Lakin onların sözlərinə görə, burada da oxşar problemlərlə qarşılaşıblar və xəstəyə lazımi müdaxilə edilməyib.
Xəstə yaxınları son çarə olaraq yaralını Gəncə Beynəlxalq Xəstəxanasına çatdırıblar. Bildirilir ki, həmin vaxtadək Mirismayıl Verdiyev çoxlu q4n itirib. Yaxınlarının iddiasına görə, xəstə təxminən 55 faiz q4n itkisi ilə xəstəxanaya qəbul olunub və onun həyatını xilas etmək mümkün olub.
Hadisədən narazı qalan ailə üzvləri 3 nömrəli Mərkəzi Şəhər Xəstəxanasının və Abbas Səhhət adına xəstəxananın fəaliyyətindən şikayətçi olduqlarını bildiriblər. Onlar məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını tələb edirlər.





















