image-1200_0_1785609961-4182backend

Generalların olduğu restoran partladıldı: Ölənlər var

image-ads-728x90

Rusiyanın paytaxtı Moskvada yerləşən elit Balzi Rossi restoranında güclü partlayış baş verib.

Korrekt.az xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, hadisə zamanı restoranda yüksək rütbəli hərbçilərin iştirakı ilə özəl tədbir keçirilirdi və Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general-polkovnik Aleksandr Çaykonun da orada ola biləcəyi iddia olunur.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, partlayış nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Nazirliyə yaxınlığı ilə tanınan “112” Telegram kanalı isə yaralıların sayının 17 nəfər olduğunu bildirib və restoranda toy mərasiminin keçirildiyini iddia edib. Həmin mənbə hadisənin məişət qazının partlaması nəticəsində baş verdiyini irəli sürür.

ASTRA nəşri isə restoranın həmin gün yalnız özəl ziyafət üçün bağlandığını yazıb. Nəşrin yerli mənbələrə istinadən yaydığı məlumata görə, restoranda yüksək rütbəli bir generalın ad günü münasibətilə tədbir keçirilirdi.
Şahidlərin sözlərinə görə, hadisə yerinin yaxınlığında qara hərbi nömrə nişanlı çoxsaylı avtomobillər, eləcə də Rusiya Milli Qvardiyasına məxsus avtobus müşahidə olunub.

Rusiyalı müxalif jurnalist Oleq Kaşin partlayış zamanı restoranda Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı general-polkovnik Aleksandr Çaykonun ola biləcəyini iddia edib. Müxalif bloqçu Yan Matveev isə həmin gün general-mayor Vladimir Seliverstov və general-leytenant Aleksandr Yaroşeviçin də ad günlərinin qeyd olunduğunu xatırladıb.

Hadisənin səbəbi və yüksək rütbəli hərbçilərin taleyi ilə bağlı rəsmi təsdiqlənmiş məlumat hələlik açıqlanmayıb. Araşdırma davam edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki