Korrekt.az xəbər verir ki, “Real”ın və İspaniya millisinin müdafiəçisi Din Hausen “El Klassiko” zamanı komanda yoldaşı Dani Karvaxalla “Barselona”nın hücumçusu Lamine Yamal arasında yaranan münaqişə barədə danışıb.
Fabrizio Romano ispan müdafiəçinin sözlərini sitat gətirib: “Meydanda bir-birimizi “öldürmək” istəyirik. Amma meydandan kənarda bizim yaxşı münasibətimiz var. Hər şey elə də olmalıdır. Milli komandada biz komanda yoldaşıyıq, klublarda oynayanda isə rəqibik. Bu, normaldan da artıqdır”.





















