image-1backend

Həbs olunacağını eşidən kimi məhkəmə zalından QAÇDI

image-ads-728x90

İrəvanın Nor Nork inzibati rayon məhkəməsinin binasından təqsirləndirilən şəxs həbs qətimkan tədbiri seçildikdən dərhal sonra qaçıb.

Korrekt.az xəbər verir ki, hadisə avqustun 3-də baş verib.

Təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gətirilib, lakin barəsində həbs qərarı elan edildikdən dərhal sonra o, qaçmağı bacarıb.

Məhkəmə Departamenti qaçış faktını təsdiqləyərək bildirib ki, təqsirləndirilən şəxs qərar çıxarılan kimi məhkəmə zalını tərk edib.

Hazırda polis əməkdaşları qaçan şəxsin yerinin müəyyən edilməsi və tutulması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hadisənin baş vermə səbəbləri araşdırılır.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki