image-3avt8hbrccdho2sq-1backend

HƏMAS şərtlərini açıqladı: Bu halda silahı yerə qoyacağıq 

image-ads-728x90

HƏMAS Qəzza zolağında mümkün atəşkəs razılaşması çərçivəsində tərksilah məsələsi ilə bağlı öz şərtlərini açıqlayıb.

Korrekt.az xəbər verir ki, Əl-Cəzirənin yaydığı məlumata görə, hərəkat bəyan edib ki, atəşkəs razılaşmasının ikinci mərhələsinin həyata keçirilməsi yalnız birinci mərhələnin tam icra olunmasından sonra mümkündür. Buraya İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və hərbi əməliyyatların tam dayandırılması daxildir.
Bəyanatda vurğulanıb ki, İsrailin mülki əhaliyə qarşı hücumları dayandırması və əldə olunmuş razılaşmalara əməl etməsi növbəti mərhələlərin həyata keçirilməsi üçün əsas şərtdir. HƏMAS hesab edir ki, razılaşmaların icrası üçün konkret vaxt çərçivəsi də müəyyən edilməlidir.

Qrup həmçinin Qəzza zolağının idarə olunması üzrə Milli Komitənin fəaliyyətə başlamasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin bölgədə yerləşdirilməsini və İsrail tərəfindən dəstəkləndiyini iddia etdiyi silahlı qrupların ləğv edilməsini də əsas şərtlər sırasında göstərib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki