Azərbaycanda hərbi qulluqçuların və Müdafiə Nazirliyində çalışan mülki heyətin aylıq vəzifə maaşları yenilənib. Baş nazir Əli Əsədovun imzaladığı qərarla müvafiq tarif məbləğlərində dəyişiklik təsdiqini tapıb.
Korrekt.az-ın məlumatına görə sənədə əsasən yeni qaydalar təkcə hərbi qulluqçuları deyil, həmçinin dövlət qulluqçusu statusu daşımayan mülki işçilərin də maaş sistemini əhatə edir. Qəbul edilmiş dəyişikliklər cari ilin yanvar ayının 1-dən qüvvəyə minib və həmin tarixdən etibarən hesablanaraq tətbiq olunur.
Maaşların konkret hansı dərəcələr üzrə nə qədər artacağı və yeni tarif cədvəlinin detalları açıqlanmayıb.





















