image-1backend

İcra başçısı niyə yalan danışır? – Fotolar

image-ads-728x90

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “10 ilə yaxındır avtomobildən istifadə etmirəm” açıqlaması sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Korrekt.az xəbər verir ki, icra başçısının bu sözlərindən sonra əvvəllər mətbuatda dərc edilən məlumatlar və yayılan fotolar yenidən gündəmə gəlib.

Qeyd edək ki, mediada dərc olunan xəbərlərdə onun və ailə üzvlərinin bahalı avtomobillərə sahib olması barədə çoxsaylı məlumatlar yayılıb və bu günə kimi təkzib olunmayıb.

2019-cu ildə yayılan xəbərlərdə Rəcəb Babaşovun təxminən 250 min manat dəyərində olduğu bildirilən “Range Rover” markalı avtomobildən istifadə etdiyi iddia olunurdu. Həmin materiallarda 99 FF 099 dövlət qeydiyyat nişanlı avtomobilin fotoları da paylaşılmışdı.

Bununla yanaşı, 2020-ci ildə müxtəlif media orqanlarında Rəcəb Babaşovun oğlu Elşən Babaşovun adına qeydiyyatda olduğu bildirilən təxminən 275 min ABŞ dolları (o dövrün məzənnəsi ilə təxminən 450 min manat) dəyərində “Mercedes-Benz G63 AMG” markalı avtomobil barədə xəbərlər dərc edilib. Həmin məlumatlarda Elşən Babaşovun sözügedən avtomobildən istifadə etdiyi qeyd olunurdu.

Daha sonra, 2024-cü ildə yayımlanan araşdırmalarda Elşən Babaşov bahalı avtomobilləri və dövlət nömrə nişanları (77-LL-077) ilə yenidən gündəmə gəlib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki