Biz dəmir yolu və avtomobil infrastrukturuna investisiya qoymaqla yeni nəqliyyat dəhlizləri açırıq. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXXI Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışında bildirib.
Şərq-Qərb Dəhlizinin uğurla fəaliyyət göstərdiyini xatırladan dövlətimizin başçısı qeyd etdi: “Zəngəzur Dəhlizi, Şərq-Qərb Dəhlizinin yeni bir qolu olaraq, 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və mənim aramda imzalanmış sənədə uyğun olaraq mütləq inşa ediləcək”.



















