Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilir.
Görüş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirləri çərçivəsində baş tutur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ŞƏT-in tədbirlərində iştirak etmək məqsədilə Bişkekə səfər ediblər.

























