image-3backend

İmişlidə “Şəhid övladlarının IT məktəbi” layihəsinə start verilib

image-ads-728x90

İmişli şəhərində şəhid və qazilərin övladlarının rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş “Şəhid övladlarının IT məktəbi” layihəsinə start verilib. Layihənin təşkilatçısı “Araz” Tədqiqatlar Hümanitar İctimai Birliyi, donoru isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Layihənin əsas məqsədi şəhid və qazi ailələrindən olan uşaqları müasir informasiya texnologiyaları ilə daha yaxından tanış etmək, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və gələcək peşə istiqamətlərini formalaşdırmaqdır. Bu təşəbbüs gənclərin texnologiya sahəsində bilik və bacarıqlarını artırmaqla onların əmək bazarına hazırlığını gücləndirməyi hədəfləyir.
İmişli şəhərində yaradılan IT məktəbi çərçivəsində iştirakçı məktəblilər üçün 3 aylıq intensiv təlim proqramı həyata keçiriləcək.
Layihə çərçivəsində 25 nəfər şəhid və qazi övladı təlimlərə cəlb olunacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Təlimlərin məqsədi yalnız texniki biliklərin artırılması deyil, həm də uşaqlarda yaradıcılıq, analitik düşüncə və rəqəmsal dünyaya uyğunlaşma bacarıqlarının formalaşdırılmasıdır.
Layihənin açılış mərasimi və ilk fəaliyyət tədbiri artıq həyata keçirilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki