Dünən İran ABŞ ilə müharibənin dayandırılması ilə bağlı danışıqları rədd etdiyini açıqlayıb.
İran XİN-nin sözçüsü İsmayıl Bəqayi bildirib ki, son günlərdə ABŞ tərəfindən bəzi dost ölkələr vasitəsilə Tehrana mesajlar çatdırılıb və bu mesajlara “prinsipial cavab verilib”.
Onun sözlərinə görə, İran tərəfi enerji infrastrukturuna ediləcək hər hansı hücumun “ciddi nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib və belə hallarda Silahlı Qüvvələrin “müvafiq cavab tədbirləri” görəcəyini vurğulayıb.
Bəqayi əlavə edib ki, hərbi əməliyyatların başladığı son 24 gün ərzində ABŞ ilə aparılan hər hansı danışıqlar qəbul edilməyib. O, Hörmüz boğazı ilə bağlı İranın mövqeyinin və müharibənin başa çatması şərtlərinin dəyişmədiyini qeyd edib.





















