İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin həyata keçirdiyi hücumlar nəticəsində Hərbi Dəniz Qüvvələrinin komandanı Ali Reza Tanqsirinin həlak olduğunu açıqlayıb.
Məlumata görə, Tenqsiri son hücumlar zamanı həyatını itirib.
1962-ci il təvəllüdlü kontr-admiral Ali Rıza Tenqsiri 2018-ci ildən etibarən İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə rəhbərlik edirdi. O, hərbi fəaliyyətinə İran-İraq savaşı dövründə dəniz briqadasının komandiri kimi başlayıb, daha sonra Bəndər Abbas şəhərində yerləşən mühüm hərbi-dəniz bölmələrində xidmət göstərib.
Tenqsiri ABŞ və İsrailə qarşı sərt bəyanatları ilə də tez-tez gündəmə gəlirdi.





















