İran milli futbol komandası 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakı ilə bağlı yayılan müzakirələrə münasibət bildirib.
Korrekt.az xəbər verir ki, komanda rəsmi Instagram səhifəsində paylaşım edərək qeyd edib ki, heç kimin onları mundialdan kənarlaşdırmaq hüququ yoxdur.
Bəyanatda bildirilir ki, turnirdən kənarlaşdırıla biləcək yeganə tərəf təhlükəsizliyi təmin edə bilməyən ev sahibi ölkə ola bilər.
Bundan əvvəl İranın idman naziri Əhməd Donyamali də komandanın dünya çempionatında mümkün iştirakı ilə bağlı açıqlama vermişdi. O qeyd etmişdi ki, bəzi şəraitlərdə komandanın turnirdə iştirak imkanları məhdud ola bilər.
Qeyd edək ki, 2026 FIFA Dünya Çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Turnirdə ümumilikdə 48 komanda iştirak edəcək və İran millisi artıq mundiala vəsiqə qazanıb.





















