Korrekt.az xəbər verir ki, bu gün İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami nüvə obyektlərinin hazırkı vəziyyəti ilə bağlı açıqlama verib. O, müxbirin sualını cavablandırarkən bildirib ki, İranın nüvə obyektləri öz funksiyalarını yerinə yetirmək və əhaliyə xidmət göstərmək qabiliyyətini saxlayır.
Eslaminin sözlərinə görə, mövcud şəraitə baxmayaraq, nüvə infrastrukturu fəaliyyətini davam etdirir və xidmətlər fasiləsiz təmin olunur.





















