Korrekt.az xəbər verir ki, Ukrayna müharibəsindən yayılan görüntülər rusların “Şahed-136” dronlarından əlavə İranın “Şahed 107” dronuna çox bənzəyən yeni dronlardan da istifadə etdiyini göstərir.
“Şahed 107” dronu ilk dəfə 12 günlük müharibə zamanı rəsmi olaraq təqdim edildi və eyni zamanda İsrailə qarşı da istifadə edildi.
Təxminlərə əsasən, ehtimal ki, bu dron 1500 kilometrdən çox mənzilə malik olan pistonlu mühərrikli intiharçı drondur.
Onun sadə quruluşu və silindrik gövdəsi X formalı quyruğu dronun radardan yayınmasına və görünüşünə görə müxtəlif müdafiə təbəqələrinə nüfuz etməsinə kömək edir.





















