Korrekt.az xəbər verir ki, İranın hava hücumundan müdafiə sistemləri ABŞ tərəfindən İslam Respublikasına doğru atılan qanadlı raketi vurub.
Digər bəyanatda isə bir neçə saat öncə İranın qərbində ABŞ-yə məxsus “MQ-9” tipli PUA-nın vurulduğu bildirilir.
Bundan əlavə, bu gün səhər saatlarında İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) ötən gecə İranın cənubundakı döyüş əməliyyatları zonasında “casusluq edən” ABŞ kəşfiyyat dronunu vurduğunu bəyan etmişdi.





















