image-1backend

İranda məşhur  sosial media fəalları HƏBS EDİLDİ  

image-ads-728x90

Korrekt.az xəbər verir ki, İran polisi məşhur komediyaçı və “Gecəyarısı” verilişinin aparıcısı Əli Səburini və proqramın yayım qrupunun 6 üzvünü həbs edib. İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Online” saytının məlumata görə, bu şəxslər “əxlaqi və ictimai normaları pozan məzmun” ittihamı ilə saxlanılıblar.

Verilişin YouTube-da paylaşılan bölümləri, sosial və ictimai məsələlərə toxunduğu və tənqidi mahiyyət daşıdığı üçün İran hakimiyyəti tərəfindən mübahisəli sayılıb. Rəsmi açıqlamada bildirilib ki, cinayət işi açıldıqdan sonra saxlanılan şəxslərdən bəziləri müvəqqəti olaraq girov qarşılığında zaminə buraxılıb, digərləri isə hələ də həbsdədir.

Proqramın çəkilişi və yayımı isə tamamilə dayandırılıb. Hüquq müdafiəçiləri, saxlanılanların hazırladıqları verilişlərdə hökumətin fəaliyyətinə tənqidi yanaşmalarını gündəmə gətirdiklərini və bu səbəbdən hakimiyyətin reaksiyasına səbəb olduqlarını bildiriblər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki