İranda daha bir din xadimi silahlı hücum nəticəsində həyatını itirib.
Korrekt.az xəbər verir ki, hadisə Sistan və Bəluçistan əyalətinin Mircavə şəhərində baş verib. Şəhərdəki Əli ibn Əbu Talib məscidinin cümə imamı, sünni din xadimi Məhəmməd Ənvər Rigi naməlum silahlı şəxslərin hücumuna məruz qalıb.
Bildirilib ki, din xadimi aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib.
Hücumun kimlər tərəfindən törədildiyi və motivləri barədə hələlik rəsmi məlumat verilməyib. İranın təhlükəsizlik qurumlarının hadisə ilə bağlı araşdırma apardığı qeyd olunur.





















