Dünən Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərində silahlı şəxslərin polislərə atəş açması nəticəsində bir polis əməkdaşı həlak olub.
Korrekt.az xəbər verir ki, hücum üç avtomobildə hərəkət edən silahlı şəxslər tərəfindən həyata keçirilib. Həlak olan polisin, baş çavuş Meysəm Kərami olduğu bildirilib.
Silahlı qarşıdurma nəticəsində daha bir neçə nəfərin yaralandığı, hücum edən şəxslərin isə hadisə yerindən qaçdığı qeyd olunub.





















