Bu gün İranın ali rəhbərinə bağlı olan radikal “Keyhan” qəzeti ABŞ-nin İranın Külüng dağındakı və ya digər nüvə obyektlərinə zərbə endirəcəyi təqdirdə Vaşinqtonun nüvə obyektlərinin hədəfə alınacağı ilə hədələyib.
Korrekt.az xəbər verir ki, qəzet yazıb ki, İranın nüvə obyektləri yenidən hücuma məruz qalarsa, İslam Respublikası özünün çəkindirmə doktrinasına və “gözə göz” prinsipinə uyğun olaraq ABŞ-nin nüvə obyektlərinə “naməlum yerlərdən dağıdıcı zərbələr” endirəcək.
Qeyd edək ki, bir gün öncə ABŞ prezidenti Donald Tramp Vaşinqtonun yaxın zamanda İranın nüvə obyektinin yerləşdiyi Külüng dağına güclü zərbələr endirəcəyini bəyan edib.
Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, İranın Külüng dağının altındakı yeraltı kompleksə uran zənginləşdirmə sentrifuqlarını köçürdüyünə dair yayılan məlumatlara münasibət bildirərək, “Biz bu əraziyə çox tezliklə və çox güclü zərbələr endirəcəyik”, – deyə vurğulayıb.





















