image-1backend

İranlı deputatdan sensasion açıqlama: ABŞ yaxın günlərdə  quru əməliyyatına BAŞLAYIR

image-ads-728x90

İran parlamentinin üzvü Abbas Papizadə ABŞ-ın son hücumlardan sonra münaqişənin yeni mərhələsinə keçdiyini və Tehranın Hörmüz boğazı üzərindəki nəzarətini zəiflətməyi hədəflədiyini iddia edib.

Korrekt.az xəbər verir ki, İranın ILNA agentliyinə danışan deputatın sözlərinə görə, Vaşinqton bu məqsədlə Fars körfəzi sahillərində yerləşən ərazilərə, o cümlədən Xuzistan və Sistan-Bəluçistan istiqamətlərinə intensiv hava zərbələri endirməyi, daha sonra isə cənub, qərb və şərq istiqamətlərindən quru əməliyyatlarına başlamağı planlaşdırır.

Papizadə bildirib ki, Xuzistan əyalətində son hücumlar nəticəsində zərər görmüş infrastrukturun bir hissəsi artıq bərpa olunub.

İranlı deputat ölkəsinin hərbi strategiyasının “müdafiə mərhələsindən hücum mərhələsinə” keçməsinin vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Abbas Papizadənin səsləndirdiyi iddialarla bağlı ABŞ tərəfindən rəsmi açıqlama verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki