image-ncyl1tetr4l71ikpwm8jr2gdb9pcqg9r9p9vdym3_1200backend

İspaniya dünya çempionu oldu

image-ads-728x90

İspaniya millisi 2026 FIFA Dünya Çempionatının qalibi olub. ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi mundialın finalında ispanlar son dünya çempionu Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar.

Final görüşünün əsas vaxtı qolsuz bərabərliklə başa çatdı. Hər iki komanda ehtiyatlı futbol nümayiş etdirsə də, İspaniya oyun ərzində daha çox hücum edən və üstün görünən tərəf idi. Matçın taleyi əlavə vaxtın 106-cı dəqiqəsində həll olundu. Ferran Torres rəqib qapısına yol taparaq komandasına qələbə qazandıran qolu vurdu.

Argentina matçın son hissəsini 10 nəfərlə keçirdi. Enzo Fernandes ikinci sarı vərəqədən sonra meydandan qovuldu və Lionel Messinin komandası hesabı bərabərləşdirə bilmədi. İspaniya isə üstün oyununu sonadək qoruyaraq mundialın kubokunu başı üzərinə qaldırdı.

Bu uğur İspaniya futbol tarixində ikinci dünya çempionluğudur. “Qırmızı furiyalar” ilk dəfə 2010-cu ildə Cənubi Afrikada keçirilən dünya çempionatında çempion olmuşdu.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki