“The Jerusalem Post” qəzetinin yazdığına görə, İsrail Türkiyənin genişlənən dəniz qüvvələri qarşısında sualtı qayıqlara qarşı müdafiəsini gücləndirmək üçün “Boeing P-8 Poseidon” dəniz patrul təyyarələri almağı nəzərdən keçirir.
Korrekt.az xəbər verir ki, İsrail rəsmiləri Türkiyənin sualtı donanmasının modernləşdirilməsini “potensial uzunmüddətli təhlükəsizlik təhdidi” hesab edirlər.
Sazişin yüksək qiyməti səbəbindən hələ də müzakirə mərhələsindədir, baxmayaraq ki, gələcəkdə ABŞ-İsrail müdafiə müqaviləsinin bir hissəsi ola bilər.





















