Bu gün səhər saatlarından başlayaraq İrana endirilən hava zərbələri ilə bağlı yeni detallar açıqlanıb. “The Times of Israel” qəzetinə danışan İsrail rəsmisi bildirib ki, hücumların əsas hədəfləri İranın ali rəhbəri Əli Xameneyi və prezident Məsud Pezeşkian olub.
Rəsminin sözlərinə görə, zərbələrin nəticələri hələlik dəqiqləşməyib və əməliyyatın yekun təsirləri barədə rəsmi məlumat yoxdur.
Bununla yanaşı, İranın Tasnim xəbər agentliyi daha əvvəl yaydığı məlumatda prezident Pezeşkianın “tam sağ-salamat” olduğunu açıqlamışdı.
Digər tərəfdən, “Channel 12” telekanlı anonim İsrail mənbələrinə istinadla bildirib ki, Tel-Əviv hücumları İslam Respublikası rəhbərliyinə qarşı “çox uğurlu” hesab edir.
Hesabatda qeyd olunur ki, bu qiymətləndirmə yüksək rütbəli hərbi komandirlərə və prezident Pezeşkiana aiddir.





















