İyul ayında Bakı metrosu ilə 16 milyondan çox sərnişin səfər edib.
Korrekt.az xəbər verir ki, ötən ilin eyni ayı ilə müqayisədə sərnişin daşımalarının həcmi 10,31 faiz artıb.
Ay ərzində ən çox sərnişinə xidmət göstərən stansiya “Koroğlu” olub. Belə ki, bu stansiyadan ümumilikdə 1 milyon 630 min 48 sərnişin istifadə edib.
İyulun ən intensiv günü isə ayın 1-i qeydə alınıb. Həmin gün metrodan 649 min 974 nəfər yararlanıb.
Hesabat dövründə NFC və QR bilet vasitəsilə ümumilikdə 8 milyon 567 min 107 ödəniş həyata keçirilib. Bu göstərici metrodan ödənişli istifadə edən sərnişinlərin 52,99 faizini təşkil edib.
Bundan əlavə, iyul ayı ərzində “Əlçatan metro” xidmətindən 94 sərnişin istifadə edib.





















