Korrekt.az xəbər verir ki, Nərminə Mustafayeva əvvəllər jurnalist kimi fəaliyyət göstərib.
o, 1990-cı illərin sonu-2000-ci illərin əvvəllərində ANS televiziyasında müxbir kimi çalışıb, “Xəbərçi” proqramının aparıcısı olub.
Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanınan telejurnalist daha sonralar Prezident Administrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.
O, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu vəzifəsini tutub.yenisabah.az






















