image-1backend

Kəlbəcər – İşğaldan Zəfərə

image-ads-728x90

Biz torpaqlarımızı azad etməklə təkcə sərhədlərimizi bərpa etmədik, tarixi ədaləti, milli qüruru və xalqımızın ləyaqətini də bərpa etdik.Kəlbəcər  bizim üçün  ağrıdan qayıdışa aparan yol oldu.

Azərbaycanın ən gözəl dağ rayonlarından biri olan Kəlbəcər 1993-cü il 2 apreldə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bu işğal xalqımızın yaddaşına ən faciəli səhifələrdən biri kimi yazıldı. 511 dinc sakinin qətlə yetirilməsi, 321 nəfərin əsir və ya itkin düşməsi, yüzlərlə ailənin parçalanması, bütün bunlar erməni vandalizminin acı nəticələri idi. Rayonun əhalisi məcburi şəkildə Azərbaycanın 56 rayonunun 770 yaşayış məntəqəsində məskunlaşdı. Kəlbəcər öz insanı ilə birgə didərgin düşdü, geniş infrastrukturu isə tamamilə dağıdıldı: 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana və yüzlərlə digər bina talan edildi, milyonlarla manatlıq sərvət Ermənistana daşındı. Lakin şəhidlərimizin qanı yerdə qalmadı. Torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti ilə, hərbçilərimizin gücü, ağıllı döyüş taktikaları ilə azad edildi. 2020ci il II Qarabağ müharibəsi.. Qələbəyə aparan yol oldu Azərbaycan üçün. Azərbaycan Ordusu Kəlbəcərin şimalında yerləşən yüksəkliyə nəzarəti ələ keçirərək Basarkeçər–Kəlbəcər yolunu ermənilər üçün faktiki olaraq bağladı. Bu döyüş əməliyyatları sonrakı Qələbənin təməllərindən biri oldu. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatına uyğun olaraq Kəlbəcər 25 noyabr 2020-ci ildə Azərbaycana təhvil verildi. 147 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri azad edildi.

Tarixi qayıdışımızın rəmzi olan Kəlbəcər şəhəri günü haqqında danışsam, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 25 noyabr Kəlbəcər şəhəri günü kimi təsis edildi. Bu gün təkcə Kəlbəcərin deyil, bütün Azərbaycanın qayıdış, dirçəliş və quruculuq rəmzidir. Rayon mərkəzində yeni yaşayış məntəqəsinin salınması üçün 121 hektardan çox ərazi ayrılıb. Hal – hazırda quruculuq işləri həyata keçirilir, Kəlbəcər yenidən qurulur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu bu yeni qurulan  infrastrukturlardan biridir. İnfrastrukturun yenidən qurulması Kəlbəcərin gələcəyinə atılmış ən mühüm addımlardandır.

Yolun uzunluğu: 82 km

2, 3 və 4 zolaqlı hissələr

5 tunel – ümumilikdə 25.9 km

56 km-Toğanalı–Kəlbəcər

26 km – Kəlbəcər–İstisu

Bu yol Kəlbəcəri ölkənin hər yerinə bağlayan əsas arteriyaya çevriləcək.

“İstisu” müalicə-istirahət kompleksi haqqında deyə bilərəm ki, Kəlbəcərin tarixi sanatoriya mədəniyyəti müasir formada bərpa olunur bununla.

Ümumi sahə: 80 min m²

145 nömrəli hotel

10 kottec

5 inzibati bina-dan ibarət olacaqdır.

Bu kompleks Kəlbəcəri bölgənin turizm mərkəzinə çevirəcək. 2040-cı ilədək baş plana görə  gələcəyin Kəlbəcərin qurmağa çalışır dövlətimiz.  Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli qərarı ilə təsdiqlənən Baş Plan Kəlbəcərin gələcək simasını müəyyən edir. Əhali və yaşaya sahələri statistikada 1969-cu il planında 130 ha və 7 500 nəfər olduğu halda, 2040 planında 290 ha və 17 000 nəfər olacaq. Ümumi yaşayış fondu: 488 min m²

Fərdi evlər: 421 min m²

Ortamərtəbəli binalar: 46 min m²

4250 mənzil – adambaşına 25 m²

Sosial infrastruktur haqqında məlumata görə,

4 məktəb (960 şagird)

4 uşaq bağçası (520 yer)

2 xəstəxana (160 çarpayı)

1 reabilitasiya mərkəzi (150 çarpayı) açılacaqdır.

İşğal və Zəfər muzeyləri də tikiləcək mədəniyyət nümunələrinə daxil olunur.

Mehmanxanalar və idman meydançaları açılacaq,

Şəhərin 22%-i yaşıllıqlardan ibarət olacaq,

60 hektar park və rekreasiya zonası açılacaq.

Adambaşına düşən yaşıllıq: 33 m²

(Azərbaycan şəhərlərində orta norma: 7–10 m²) olacaqdır. Bu gün Kəlbəcər təkcə azad olunmuş bir ərazi deyil – o, dövlətin qüdrətini, xalqın iradəsini və müasir Azərbaycanın yenidənqurma gücünü simvolizə edən bir məkandır. Tarixin ən ağır zərbələrini görmüş bu yurd indi çiçəklənmə dövrünə qədəm qoyur. İşğaldan Zəfərə aparan bu yol bir daha sübut etdi ki, Azərbaycan öz torpaqlarına sahib çıxan, onun hər daşına, hər qarışına dəyər verən bir dövlətdir.

Kəlbəcər bizimdir, Azərbaycanındır və əbədi olaraq elə də qalacaq!

Bakı Qızlar Universiteti tələbəsi

Sevinc Hüseyinova

Nəsimi rayon gənci

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki