İspaniyanın “Barselona” klubunun yenidən seçilən prezidenti Joan Laporta klubun baş məşqçisi Hans-Dieter Flick ilə bağlı açıqlama verib.
Korrekt.az xəbər verir ki, klub prezidenti bildirib ki, yaxın vaxtlarda baş məşqçi ilə müqavilənin uzadılması rəsmi şəkildə elan olunacaq. Onun sözlərinə görə, danışıqlar prosesinə klubun idman direktoru Deco rəhbərlik edir.
Laporta qeyd edib ki, Flick ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır:
“Flick ilə prezident qaldığım müddətin sonuna qədər işləmək istəyərdim. O, gənc və enerjilidir, bu klubda və şəhərdə xoşbəxtdir”.
Qeyd edək ki, Hans-Dieter Flick “Barselona”nın baş məşqçisi kimi komandanın inkişafında mühüm rol oynayır və klub rəhbərliyi onunla əməkdaşlığı davam etdirmək niyyətindədir.





















