Quzey Kıprıs Türk Cümhuriyyəti Lefke Avropa Universitetində Azərbaycanın tanınmış turizm nümayəndəsi, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Turizm komissiyasının sədri Ruslan Quliyevin vəfatı münasibətilə bir günlük matəm elan edilib. Universitetin girişində mərhumun fotosu asılıb, qarşısına əklil qoyulub.
Qeyd edək ki, Ruslan Quliyev Lefke Avropa Universiteti ilə yaxından əməkdaşlıq edib, mütəmadi olaraq azərbaycanlı gənclərin həmin ali təhsil ocağında təhsil almasına dəstək göstərib.
Tanınmış turizmçi iyunun 8-də İsmayıllı rayonunda keçirilən tədbir zamanı qəfil ürək tutmasından dünyasını dəyişib. Mərhum bu gün Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!






















