Mirza Səmədli adlı “Facebook” istifadəçi “Leobank”ın kart sistemi vasitəsilə ictimai nəqliyyatda həyata keçirilən ödənişlərin fəaliyyətindən ciddi narazılığını bildirib.
Korrekt.az xəbər verir ki, onun iddiasına görə, marşrut avtobusundan istifadə etmədiyi halda onun kart hesabından əsassız olaraq vəsait tutulur. Dəstək xidməti isə bu tutulmaları “əvvəlki gedişlərin gecikmiş ödənişi” kimi əsaslandırmağa çalışır.
Şikayətçi əvvəlki ödənişlərin vaxtında tutulduğunu vurğulayaraq, problem yarandıqda “WhatsApp” dəstək xəttinin vətəndaşları pullu qaynar xəttə (4343) yönləndirməsindən narazı qalıb. Kiçik məbləğlərə görə əlavə zəng xərcləri çəkmək məcburiyyətində qalan istifadəçi, texniki nasazlıqlar və müştəri xidmətinin qeyri-effektiv fəaliyyəti səbəbindən “Leobank”ın nəqliyyat kart sisteminin fəaliyyətinə hüquqi müstəvidə baxılmasının vacibliyini diqqətə çatdırıb.





















