image-1backend

Rusiyada daha bir yüksək rütbəli general həbs edildi

image-ads-728x90

Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini, general-polkovnik Yuri Qrexov həbs edilib.

Korrekt.az xəbər verir ki, “Kommersant” qəzeti məhkəmə sənədlərinə istinadən xəbər verir ki, noyabrın 25-də Moskvadakı 235-ci Qarnizon Hərbi Məhkəməsi Qrexov barəsində qətimkan tədbiri seçib. Qərar Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin vəsatəti əsasında qəbul olunub.

Generala qarşı irəli sürülən ittihamların mahiyyəti hələlik açıqlanmayıb.

Yuri Qrexov 1979-cu ildən hərbi xidmətdədir. O, karyerası ərzində hava və raketdən müdafiə qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

2021-ci ildə Rusiya Aerokosmik Qüvvələrinin silahlanma üzrə baş komandan müavini vəzifəsinə təyin edilən Qrexova general-polkovnik hərbi rütbəsi verilib.

Hazırda onun həbsinin səbəbləri və cinayət işi üzrə digər təfərrüatlar barədə rəsmi məlumat açıqlanmayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki