Azərbaycanın Xalq artisti, tanınmış aktrisa Elmira Şabanova Yasamal qəbiristanlığında dəfn olunub.
Aktrisa ilə vida mərasimi Təzəpir məscidində keçirilib. Mərasimdə Mədəniyyət Nazirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, eləcə də mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.
Qeyd edək ki, Elmira Şabanova ötən gün 86 yaşında vəfat edib. Onun vəfatı Azərbaycan mədəniyyət və incəsənət ictimaiyyətində dərin kədərlə qarşılanıb.





















