image-img_20261124_185721backend

Mehrac Babayev müflis olur – Rusiyada biznesi çökən azərbaycanlı oliqarx tikinti bazarını tərk edir

image-ads-728x90

Mehrac Babayevin şirkəti 2025-ci ildə 190,7 milyon rubl zərər edib, ötən il 1,21 milyard rubl gəlir əldə edən oliqarxın qazancı 60,8 faiz azalıb.

Korrekt.az haqqin.az portalına istinadən xəbər verir ki, Rusiyada iri tikinti biznesi ilə məşğul olmuş azərbaycanlı iş adamı Mehrac Babayevin Krasnodar diyarında qeydiyyatdan keçmiş şirkəti ləğv edilir.
Rusiyanın Rusprofile portalının məlumatına görə, Babayevə məxsus “SKR Construction” MMC 16 noyabr 2023-cü ildə Krasnodarda qeydiyyatdan keçib. Şirkət yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə ixtisaslaşıb.

Şirkətin maliyyə göstəriciləri 2025-ci ildə kəskin pisləşib. “SKR Construction”un gəliri 475,5 milyon rubl təşkil edib ki, bu da əvvəlki ilin 1,21 milyard rublluq göstəricisindən 60,8 faiz azdır. 2024-cü ildə 277,4 milyon rubl xalis mənfəət əldə edən şirkət 2025-ci ildə 190,7 milyon rubl zərərlə üzləşib.

Rusiyanın Injust hüquqi mübahisələr portalının məlumatına görə, şirkət hazırda ləğv prosesindədir.

Qeyd edək ki, 2009-cu ildə oliqarxların övladları İsveçrədə bahalı idman avtomobilləri ilə yarış təşkil ediblər. Yarış zamanı Mehrac Babayevin oğlu Ziya Babayev qəza törədərək 70 yaşlı almaniyalı təqaüdçünün xəsarət almasına səbəb olub.

2021-ci ildə isə Ziya Babayev İstanbuldan qayıdarkən Moskvanın Vnukovo hava limanında saxlanılıb. O, ümumi dəyəri yarım milyon dollar olan zinət əşyalarını qaçaq yolla ölkəyə gətirməyə cəhd etməkdə şübhəli bilinib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki