image-1backend

Maduro üçün son şans: Tramp komandasını TOPLADI

image-ads-728x90

ABŞ prezidenti Donald Tramp və yüksək səviyyəli milli təhlükəsizlik rəsmiləri, Venesuela ilə bağlı növbəti addımları müzakirə etmək üçün Ağ Evdə görüş keçiriblər. Korrekt.az xəbər verir ki, CNN-in mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə Tramp administrasiyasının və milli təhlükəsizlik komandasının əsas üzvləri, o cümlədən müdafiə naziri Pit Heqset, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn, dövlət katibi Marko Rubio, Ağ Evin Baş Qərargah rəisi Syuzi Uayls və Baş Qərargah rəisinin müavini Stiven Miller iştirak ediblər.

Görüşün gündəmində Venesuelaya artan təzyiqlər, narkotik qaçaqmalçılığı ilə əlaqədar gəmilərə qarşı keçirilən basqınlar və Karib dənizində ABŞ-ın hərbi mövcudluğunun artırılması məsələləri olub.

Ağ Evin mətbuat katibi Caroline Leavitt bazar ertəsi günü bildirib ki, Donald Tramp, “bu və bir çox başqa mövzularda milli təhlükəsizlik komandası ilə görüşüb” və əlavə edib ki, “dünyada sülhün təmin edilməsi onun öhdəliklərindən biridir.”

Ötən ay, ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı zamanı, ona ailəsi ilə birlikdə ölkəni təhlükəsiz şəkildə tərk etməsi üçün noyabrın 28-dək vaxt verdiyini açıqlamışdı. Bu açıqlama, ABŞ-ın Venesuelaya qarşı təzyiqini daha da artıran bir addım olaraq qiymətləndirilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki