Çin Xarici İşlər Nazirliyi İranın yaxın həftələrdə 300-400 ədəd Çin istehsalı daşınan zenit-raket kompleksi (MANPADS) alacağı ilə bağlı mediada yayılan məlumatların həqiqətə uyğun olmadığını bəyan edib.
Korrekt.az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi Mao Ninq keçirdiyi brifinqdə bildirib ki, bu iddiaların heç bir faktiki əsası yoxdur. Onun sözlərinə görə, Çin münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır və hər zaman qarşıdurmaların dayandırılması istiqamətində fəaliyyət göstərir.
Qeyd edək ki, bundan əvvəl bəzi beynəlxalq KİV-lərdə İranın yaxın həftələr ərzində yüzlərlə Çin istehsalı daşınan zenit-raket kompleksi əldə edəcəyi barədə məlumatlar yayılmışdı. Rəsmi Pekin isə həmin xəbərləri qəti şəkildə təkzib edərək onları əsassız adlandırıb.





















